Baş nazir partlayışda yaralananlara baş çəkib

Baş nazir partlayışda yaralananlara baş çəkib

31 Yanvar 2023 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Xayber-Paxtunxva əyalətinin Peşavar şəhərində Pakistan Talibanı olaraq da tanınan Təhrik-e-Taliban Pakistan (TTP) tərəfindən intiharçının məscidə hücumu nəticəsində ölənlərin sayı artıb. Hücum nəticəsində ölənlərin sayı 72-yə, yaralı sayının isə 157-yə yüksəldiyi açıqlanıb. Lady Reading Xəstəxanasının mətbuat katibi Məhəmməd Asim ölən və yaralananların sayını təsdiqləyib. Məsciddə axtarış-xilasetmə işləri davam edərkən, şəhərdəki xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Günorta namazı zamanı törədilən bombalı hücumda məscidin damı uçarkən, çox sayda insan dağıntılar altında qalıb. Hücum zamanı məscidin imamı Sahibzadə Nur Ul Amin də həlak olduğu bildirilib. Səlahiyyətlilər bildiriblər ki, kamikadze məsciddə mərkəzə gedib və özünü partladıb. Səlahiyyətlilər, hücumçunun bomba ilə təhlükəsiz bölgədə məscidə necə girdiyini müəyyən etməyə çalışarkən, təcavüzkarın polisin yaşadığı yaşayış massivində yaşamasından şübhələnirlər. Hücum zamanı məsciddə 300-400 arasında polisin olduğu bildirilib.

Pakistanın baş naziri Şahbaz Şərif hücumun baş verdiyi Peşavara gələrək yaralılara baş çəkib.

Murad Şahməmmədov