
Ərdoğan: Türkiyə ABŞ-dan nə qırıcı, nə də pul alıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ABŞ-dan nə qırıcı təyyarələr, nə də onlar üçün ödənilən pul almayıb.
Oxuməni.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əvəzində heç bir şey təklif etmədən C-400 almaq barədə bizi təhdid edən insanlar var idi. İndi F-16 tədarükü ilə bağlı danışıqlar aparırıq, amma rədd edilirik. Bizə F-35 təyyarələri vəd edildi, lakin sözümüzü tutmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə yoxdur və pul geri qaytarılmır", - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, Türkiyə "həmişə öz sözünü tutur və bunu tərəfdaşlarından gözləyir".
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər