Ərdoğan sərt şəkildə Makronu tənqid edib

Ərdoğan sərt şəkildə Makronu tənqid edib

30 Yanvar 2023 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa beynəlxalq aləmdə nüfuzunu itirir.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Parisin Afrika Ölkələrini istismar etməsinə işarə etdi və Fransanın "Afrikadakı nüfuzunu sürətlə itirdiyini"bildirdi. O qeyd edib ki, Fransanın Mali ilə münasibətləri tamamilə pozulub. Burkina-Faso hakimiyyəti Fransız əsgərlərinin ölkədən çıxarılması üçün bir ay vaxt verib və bu, yəqin ki, belə də olacaq.

"Əslində Fransanın başında duran bir adam bu dövlətin başçısı olmaq üçün savadı və qabiliyyəti çatmır" dedi Türkiyə başçısı.

Onun sözlərinə görə, Makron digər ölkələrin liderləri ilə ünsiyyətdə "vicdansızdır", beynəlxalq siyasət isə dürüstlük üzərində qurulmalıdır. Dürüstlük olmadan etibar yoxdur.

"Hazırda o, parlamentdəki nüfuzunu itirib. O, yalnız prezident vəzifəsində qalıb. Fransa daim nüfuzunu itirir, beynəlxalq aləmdə də nüfuzunu itirir", - Ərdoğan əlavə edib.

Əziz Mustafa, Oxuməni.az