Çexiyada keçirilən prezident seçkilərində Petr Pavel qələbə qazanıb

\

Çexiyada keçirilən prezident seçkilərində Petr Pavel qələbə qazanıb \

30 Yanvar 2023 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Petr Pavelin Çexiyada keçirilən prezident seçkilərində qələbəsi bütün ölkədə xoş xəbər kimi qəbul edilib.

Oxuməni.az xəbər verir ki, analitiklər bunun xarici investorların müsbət reaksiyasına səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Müvəffəqiyyəti qeyd edən təqaüddə olan NATO generalı :

“Mən görürəm ki, bu seçkilərdə həqiqət, ləyaqət, hörmət və təvazökarlıq kimi dəyərlər üstünlük təşkil edib”.

Yeni dövlət başçısının seçilməsi Çexiyanın paytaxtı Praqanın küçələrində və barlarında geniş şəkildə qeyd olunub. Paytaxt sakinləri :

"Biz şadıq ki, 20 ildən sonra bizim utanmayacağımız bir prezidentimiz oldu. Seçkilər saxtakarlıqsız keçdi və nəhayət həqiqət qalib gəldi".

61 yaşlı Petr Pavel 2015-2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri olub. O, martın 9-da Miloş Zemanı əvəz edərək, rəsmi olaraq dövlət başçısı vəzifəsini icra edəcək.

E.Axund, Oxuməni.az