
Ərdoğan: Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq bildirib ki, Türkiyə Finlandiyanın NATO-ya qəbulunu İsveçin qəbulu ilə əlaqələndirmədən təsdiq edə bilər.
Oxuməni.az xəbər verir ki, bu şərh siyasətçi ilə gənc seçicilər arasında televiziya görüşü zamanı səsləndirilib. "Lazım gəlsə, Finlandiya üçün fərqli cavab verə bilərik. Finlandiya üçün fərqli cavab verəndə İsveç şoka düşəcək", - deyə Türkiyə lideri bildirib.
O, İsveçdən “terrorçuların” ekstradisiyasını tələb etdiyini təkrarlayıb. Söhbət Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərindən gedir. “Əgər siz həqiqətən də NATO-ya üzv olmaq istəyirsinizsə, bu terrorçuları bizə qaytaracaqsınız”, - deyə Ərdoğan bildirib.
Fuad, Oxuməni.az
Digər xəbərlər