Ukrayna yaxın iki il ərzində AB-yə qoşulmaq niyytindədir

Ukrayna yaxın iki il ərzində AB-yə qoşulmaq niyytindədir

30 Yanvar 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Yaxın iki il ərzində Avropa Birliyinə qoşulmaq üçün çox iddialı bir planımız var. Buna görə də ümid edirik ki, bu il, 2023 - cü ildə artıq ilkin danışıqlar apara bilərik".

Oxuməni.az xəbər verir ki. bu barədə Ukrayna baş naziri Şmiqal Politico qəzetinə müsahibəsində bildirib.

Nəşr qeyd edir ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü mövzusu fevralın 3 - də keçiriləcək Aİ-Ukrayna sammitində əsas mövzulardan biri olacaq.

Ukrayna Baş naziri sammit zamanı Kiyevin sənaye malları üçün vizasız rejim, bir il müddətinə gömrük rüsumlarının dayandırılması və Ukraynanın Aİ-nin mobil rouminq zonasına daxil edilməsi haqqında Saziş üzrə "əhəmiyyətli irəliləyiş" əldə edəcəyinə ümid etdiyini bildirib.

Əziz Mustafa, Oxuməni.az