Generalın məxfi qeydi ələ keçdi: “Böyük müharibə bu tarixdə başlayacaq”

Generalın məxfi qeydi ələ keçdi: “Böyük müharibə bu tarixdə başlayacaq”

29 Yanvar 2023 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi qeyddə Amerikanın iki il sonra Çinlə müharibəyə girəcəyini iddia edib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın NBC telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Ümid edirəm yanılıram. İntuisiyam mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, - telekanal sənəddən çıxarışa istinad edir.

Mənbənin iddiasına görə, qeydin həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığının nümayəndələrindən biri təsdiqləyib.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti ələ keçirmək üçün istifadə edə bilər.

Bundan əlavə, Minihan tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.

Tayvan ətrafında gərginlik ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin 2022-ci ilin avqustunda Taybeyə səfərindən sonra artıb. Səfərin ertəsi günü Çin Xalq Azadlıq Ordusu ada ətrafında raket atışları ilə irimiqyaslı təlimlərə başlayıb.teleqraf.com