ABŞ və İsrail İrana hücum "əməliyyatı"na hazırlaşırlar

ABŞ və İsrail İrana hücum "əməliyyatı"na hazırlaşırlar

27 Yanvar 2023 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və İsrail Aralıq dənizinin şərqində iki ölkə arasında qarşılıqlı münasibətlər tarixində ən irimiqyaslı hərbi təlimlər keçirirlər.

Oxuməni.az xəbər verir ki, Juniper Oak adlı manevrlərdə 140-dan çox qırıcı, bombardmançı və yanacaqdoldurma təyyarəsi, həmçinin 12 gəmi, frekat, sualtı qayıq və minaatan sistemi iştirak edir.

Manevrləri izləmək üçün ABŞ ordusu Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri İsrailə gəldi və NBC-yə bu təlimlərin Amerikanın bütün düşmənlərinə, xüsusən İrana Ukraynadakı müharibənin və Çinlə gərginliyin ABŞ-ın diqqətini Yaxın Şərq bölgəsindən yayındıra bilməyəcəyi mesajı olduğunu söylədi. Təlimlərin Amerika və İsrail qüvvələrinin hazırlıq səviyyəsini artıracağı, bu da öz növbəsində bölgədə təhlükəsizlik və sabitliyə töhfə verəcəyi güman edilir.

CENTCOM komandiri Michael Curilla, Juniper Oak təlimlərinin hər iki ölkənin mümkün hadisələrə cavab vermə qabiliyyətinə faydalı təsir göstərəcəyini və ABŞ-ın Yaxın Şərqdəki təhlükəsizlik məsələlərinə qarışdığını vurğuladı.

Əziz Mustafa, Oxuməni.az