Qərb Kiyevə qırıcı təyyarələrin verilməsinin mümkünlüyünü müzakirə edir

Qərb Kiyevə qırıcı təyyarələrin verilməsinin mümkünlüyünü müzakirə edir

26 Yanvar 2023 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb ölkələri Ukraynaya qırıcı təyyarələrin verilməsinin mümkünlüyü ilə bağlı daxili müzakirələr aparır, lakin çoxları bu Qərarın münaqişənin artmasına səbəb ola biləcəyindən qorxur.

Oxuməni.az xəbər verir ki, bu barədə bir sıra Qərb diplomatları və hərbi dairələrin nümayəndələri ilə söhbət edən Politico nəşri yazıb. Nəşrin yazdığına görə, Ukrayna və Baltikyanı ölkələr bu ideyanın tərəfdarıdırlar.

Vaşinqton isə öz növbəsində Kiyevə bildirib ki, "hazırda" qırıcıların verilməsindən söhbət gedə bilməz.

Diplomatik dairələrdəki başqa bir mənbə nəşrə bildirib ki, qırıcı təyyarələrin ötürülməsini "bu gün təsəvvür etmək tamamilə mümkün deyil", lakin müvafiq müzakirə "iki-üç həftədən sonra"başlaya bilər.

Əziz Mustafa, Oxuməni.az