İki general səhhətlərində yaranan problemlərə görə əfv edilib

İki general səhhətlərində yaranan problemlərə görə əfv edilib

26 Yanvar 12:06
32
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə 28 Fevral mühakiməsi ilə məhkum olunan 2 general əfv edilib. 28 Fevral Məhkəməsi çərçivəsində ömürlük həbs cəzası alan iki general İlhan Kılıç və Kənan Dənizin cəzaları səhhətlərində yaranan problemlərə görə əfv edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə keçmiş general İlhan Kılıç və keçmiş general-mayor Kənan Dənizin səhhətində yaranan problemlərə görə cəzaları götürülüb. Ədliyyə Tibb Ekspertizasının hesabatına görə, 86 yaşlı İlhan Kılıç 28 Fevral dövründə MTŞ-nin baş katibi və keçmiş Hərbi Hava Qüvvələri Komandiri olub.

Ehtiyatda olan general-mayor Kənan Dəniz Baş Qərargahın Daxili Təhlükəsizlik Əməliyyat İdarəsinin rəisi və baş nazirin baş hərbi müşaviri olub.

Murad Şahməmmədov