Yekaterinburqdakı erməni icmasının nümayəndələrinə qarşı cinayət işi açılıb

Yekaterinburqdakı erməni icmasının nümayəndələrinə qarşı cinayət işi açılıb

26 Yanvar 11:08
34
Bəyəndim (0) Bəyənmədim (0)

Yekaterinburqda Azərbaycan ərazisində separatçı rejimi dəstəkləməsinə görə, yerli erməni icmasının rəhbəri Masis Nazaryana qarşı cinayət işi açılıb.

Oxuməni.az xəbər verir ki, buna səbəb Nazaryanın separatçılara dəstək aksiyası təşkil etməsi olub.

Məsələ ilə bağlı "Axşam Vedomosti" Telegram kanalının verdiyi məlumata görə, Nazaryanın işi bu gün Yekaterinburqun Leninsk rayon məhkəməsinə daxil olub. Polis onu bildiriş vermədən ictimai tədbir təşkil etməkdə günahlandırır (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinin 20.2-ci hissəsi). İclasın tarixi hələ təyin edilməyib.

Nazaryandan əlavə, eyni İnzibati maddə ilə əlaqədar İş Helen Kirakosyana qarşı da qaldırılıb. O da icazəsiz mitinq təşkil etməkdə ittiham olunur.

Qeyd olunur ki, sosial şəbəkələrdə yerləşdirilən aksiyanın videoyazısında Nazaryan və Kirakosyanın "Ani-Ermənistan" bayrağı və "Artsax, biz səninləyik"pankartının yanında necə dayandıqları görünür.

Nazaryan 2003-cü ilin yanvar ayından Sverdlovsk vilayətində "Ani-Ermənistan erməni icması "İctimai Təşkilatının İdarə Heyətinin sədridir.

Əziz Mustafa, Oxuməni.az