Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb

Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb

25 Yanvar 2023 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstan-Rusiya münasibətləri ilə bağlı bəyanatlara görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü İMEDİ telekanalı XİN-ə istinadən məlumat verib.

Xarici İşlər Nazirliyi Kasyanovdan son açıqlamaları ilə bağlı izahat tələb edib. XİN-dən verilən məlumata görə, görüşdə Gürcüstan-Ukrayna münasibətlərinin digər məsələləri müzakirə olunmur.

Kasyanov çərşənbə axşamı Ukraynanın "Avropa Pravda" nəşrinə müsahibəsində bildirib ki, Rusiya və Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa olunarsa, səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi şəkildə təxliyəsinə kömək etmək üçün beynəlxalq təşkilatlara müraciət etmək imkanını istisna etmir..Əziz Mustafa