İspaniya tank koalisiyasına qoşulacaq

İspaniya tank koalisiyasına qoşulacaq

25 Yanvar 2023 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya hökuməti Leopard tanklarının Ukraynaya tədarükü üzrə Avropa planına qoşulmağa qərar verib.

Oxuməni.az xəbər verir ki, bu barədə El Pais qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Madridin mövqeyi bu məsələ ilə bağlı Avropa səviyyəsində razılaşmanın olması ilə əlaqədardır. Qeyd olunur ki, İspaniya ordusunun arsenalında 347 Leopard tankı var.

Ötən ilin yayında İspaniya mətbuatında ölkə hökumətinin Ukraynaya 10 Leopard tankının mümkün təhvil verilməsi məsələsini araşdırdığı barədə məlumatlar yayıldı. Buna baxmayaraq, avqust ayında İspaniya hakimiyyəti avtomobillərin pis vəziyyətdə olduğunu, buna görə hələ Kiyevə verilə bilməyəcəyini söylədi.

Əziz Mustafa