Havanın temperaturu mənfi 53 dərəcəyə qədər aşağı enib

Havanın temperaturu mənfi 53 dərəcəyə qədər aşağı enib

25 Yanvar 2023 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin şimalındakı Heilongjiang bölgəsindəki Mohe şəhərində son 54 ilin ən soyuq günü yaşanıb. Havanın temperaturu mənfi 53 dərəcəyə qədər aşağı enib. Mütəxəssislərin verdiyi açıqlamalara görə, son 54 ilin ən soyuq günü yanvarın 22-də yerli vaxtla saat 07:00-da ölkənin şimalında, Rusiya ilə sərhəddə yerləşən Mohedə mənfi 53 dərəcə ilə qeydə alınıb. Bu, Mohedə temperaturun 52,3 dərəcə şaxta ilə ən rekord həddə çatan soyuq havası kimi sonuncu dəfə 1969-cu ildə baş vermişdir. Çinin ən soyuq bölgəsi olaraq göstərilən və ölkənin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü ümumiyyətlə 8 ay davam edir. Ölkənin qış turizm mərkəzlərindən biri olan Mohe havanın həddindən artıq şaxtalı olmasına baxmayaraq bu gün də turistləri qəbul etməkdə davam edir.

Murad Şahməmmədov