Almaniya Ukraynaya "Leopard 2" tanklarını göndərir

Almaniya Ukraynaya "Leopard 2" tanklarını göndərir

25 Yanvar 2023 09:02
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya hökuməti “Leopard 2” tanklarının Ukraynaya çatdırılmasını təsdiqləyib və ən azı bir tank rotasının Kiyevə verilməsinə icazə verməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniyanın "Der Spiegel" nəşri yazıb ki, aylarla davam edən mübahisələrdən sonra kansler Olaf Şolz belə bir qərar qəbul edib.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun baş katibi ilə görüşdən sonra deyib : “Mən həmişə demişəm ki, tezliklə qərarın veriləcəyini gözləyirəm. Ramşteyndə verdiyim bəyanatı bir daha vurğulamaq istəyirəm, burada açıq şəkildə Leopard tankları istifadəyə hazır olan tərəfdaşlarımızı, Ukrayna hərbçilərinin təliminə başlamağa çağırıram”.

Almaniyanın xarici işlər naziri Annalena Berbok qərarın verilməsində gecikmə ittihamlarına cavab olaraq, NATO tərəfdaşları arasında anlaşılmazlıqlar, Vladimir Putinin xeyrinə olduğunu söylədi.

Nəşrin yazdığına görə, söhbət "Leopard 2A6" tanklarından gedir, onlar Bundesverin öz ehtiyatlarından Ukraynaya göndərilməlidir.

Almaniyanın müttəfiqləri, o cümlədən Skandinaviya ölkələrindən olanlar da “Leopard 2” döyüş tanklarını Kiyevə vermək istəyirlər.

Daha əvvəl Bloomberg öz mənbələrinə istinadən xəbər vermişdi ki, Almaniya hakimiyyəti Varşavadan gələn müvafiq sorğunu çərşənbə günü təsdiq edə bilər.