Çində ən soyuq temperatur rekordu olub - 53 dərəcə

Çində ən soyuq temperatur rekordu olub - 53 dərəcə

24 Yanvar 2023 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin ən şimal şəhəri Mohe bazar günü ölkə tarixində 1969-cu ildən bəri ən aşağı temperatur rekordu : mənfi 53 dərəcə selsi olub.

Oxuməni.az xəbər verir ki, rekord Heylunszian əyalətinin Mohe şəhər rayonunun Amur kəndindəki meteoroloji stansiyada qeydə alınıb. Bu, Çin meteoroloji sistemi tərəfindən indiyə qədər qeydə alınan ən aşağı temperaturdur.

Həddindən artıq soyuqların şəhəri bürüməsi ilə əlaqədar yerli hakimiyyət orqanları bayram günlərində sakinlərin istilik və su təchizatını təmin etmək üçün səylərini ikiqat artırıb.

Mohe tez-tez Çinin "Arktika şəhəri" adlandırılır. Burada qış oktyabrın əvvəlindən, ortalarına qədər başlayır və aprelin sonuna qədər davam edir. Orta temperatur ildə səkkiz aya qədər sıfırın altında qala bilər.

Mohedəki subarktik hava hər il Çinin cənubundan turistləri cəlb edir, məsələn, belə unikal kadrlar üçün.

Fuad, Oxuməni.az