Belarusla sərhədə minlərlə Ukrayna hərbçisi yeridilib

Belarusla sərhədə minlərlə Ukrayna hərbçisi yeridilib

24 Yanvar 2023 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna-Belarus sərhədində 17,2 min Ukrayna hərbçisi cəmləşib.

Oxuməni.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında deyilir.

Eyni zamanda, sərhədin Polşa-Belarus hissəsində 3,7 min Polşa hərbçisinin cəmləşdiyi bildirilir.

"Bu gün Belarus sərhədinin yaxınlığında Avropa İttifaqı və Ukraynanın qonşu dövlətlərinin təxminən 23,5 min nəfərlik silahlı birləşmələrinin qruplaşması cəmləşib. Ən çox sayda hərbi birləşmə Ukraynada cəmləşib – 17,2 min və Polşada – 3,7 min", - deyə məlumatda qeyd olunur.

Sərhəd Komitəsi həmçinin Ukrayna ilə sərhəddə 141 km-lik mühəndis baryerlərinin inşa edildiyini bildirir.

Əziz Mustafa, Oxuməni.az