Ankara prezident seçkilərinə qədər İsveçin müraciətinə yenidən baxmayacaq

Ankara prezident seçkilərinə qədər İsveçin müraciətinə yenidən baxmayacaq

24 Yanvar 2023 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə hakimiyyəti ən azı respublikada keçiriləcək prezident seçkilərinə qədər İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Hürriyet qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyində Quranın yandırılması ilə bağlı qalmaqal və İsveçin Ankaradakı rəsmilərinin bu barədə açıqlamaları fonunda "alyansa daxil olmaq məsələsində ABŞ və digər NATO ölkələrinin dəstəyinə ümid etmək olmaz".

Hürriyet qeyd edir ki, Türkiyə parlamentinin İsveçin NATO-ya qəbul edilməsi üçün ərizəni təsdiq etməsi perspektivi onun Türkiyə ilə imzalanmış terrorizmə qarşı mübarizə və ikitərəfli münasibətlərin normallaşdırılması haqqında Memorandumu yerinə yetirməsindən tamamilə asılı olacaq.

Əziz Mustafa, Oxuməni.az