
Dövlət Departamenti xəbərdarlıq etdi: ABŞ bütün dünyada "Vaqner" i təqib edəcək
ABŞ hakimiyyəti Rusiyanın "Vaqner" PMK-nın həm Ukraynada, həm də digər ölkələrdə dağıdıcı fəaliyyətinə qarşı çıxmaq üçün mümkün olan hər cür səy göstərəcək.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin spikeri Ned Prays bildirib.
"Vaqner qrupunu həm Ukrayna kontekstində, həm də daha geniş şəkildə sabitliyi pozan hərəkətlərinə, sabitliyi pozan təsirinə qarşı çıxmaq üçün bütün müvafiq vasitələrdən istifadə edəcəyik", deyə o bildirib.
Prays xatırladıb ki, ötən həftə ABŞ hökuməti "Vaqner" i transmilli cinayətkar təşkilat kimi tanıyıb və Şimali Koreya tərəfindən bu qrupa silah ötürülməsinin sübutlarını açıqlayıb. O qeyd edib ki, Vaşinqton KXDR-dən silah axınını qeyri-mümkün etmək üçün digər ölkələrlə işləyir.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər