"Rheinmetall" Ukraynaya 139 Leopard tankı verə bilər

"Rheinmetall" Ukraynaya 139 Leopard tankı verə bilər

24 Yanvar 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın müdafiə konserni "Rheinmetall" Ukraynaya ümumilikdə 139 Leopard 1 və Leopard 2 tankı çatdıra bilər.

Oxuməni.az xəbər verir ki, çatdırılma 2023-cü ilin sonu, 2024-cü ilin əvvəlində mümkündür. Bundan əlavə, konsernin nümayəndəsinin sözlərinə görə, 2023-cü ilin aprel-may aylarında Ukrayna üçün 29 Leopard 2A4 tankı hazırlanacaq. Leopard 1 tanklarına gəlincə, "Rheinmetall" bu maşınlardan 88-ni göndərə biləcək.

Rüfət, Oxuməni.az