Zelenski məmurların xaricdə istirahətinə qadağa qoyulduğunu açıqlayıb

Zelenski məmurların xaricdə istirahətinə qadağa qoyulduğunu açıqlayıb

24 Yanvar 2023 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının, məmurların, dövlət qulluqçularının məzuniyyətə və ya dövlət ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getməsinə qadağa qoyan qərarı qüvvəyə mini

Oxuməni.az xəbər verir ki, bu barədə o, axşam videomüraciətində bildirib.

Məhdudiyyət mərkəzi və yerli hakimiyyət orqanlarının nümayəndələrinə, həmçinin “hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara, dövlət üçün və dövlətə işləməli olan bütün şəxslərə” şamil edilir. "İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər, məmurlar artıq xaricə tətilə və ya başqa qeyri-dövlət məqsədləri üçün gedə bilməyəcəklər", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabineti beş gün ərzində məmurların sərhədi keçməsi prosedurunu işləyib hazırlamalıdır ki, bu qaydada ölkəni tərk etmək üçün yalnız ezamiyyət əsas olacaq.

Rüfət, Oxuməni.az