Ərdoğan: “NATO-ya üzvlüklə bağlı bizdən  dəstək gözləməyin”

Ərdoğan: “NATO-ya üzvlüklə bağlı bizdən  dəstək gözləməyin”

24 Yanvar 2023 19:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Stokholma xəbərdarlıq edib ki, İsveçin NATO-ya daxil olması üçün Ankaranın dəstəyinə ümid etməməlidir.

Oxuməni.az xəbər verir ki, bu bəyanat krallığın paytaxtında Türkiyə səfirliyi qarşısında Quran yandırıldıqdan sonra verilib.

Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan deyib: “Aydındır ki, ölkəmizin səfirliyi qarşısında belə biabırçı hərəkətə yol verənlər NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı artıq bizə ümid edə bilməzlər. Biz əvvəldən sizə demişdik ki, siz terror təşkilatlarının küçələrinizdə, xiyabanlarınızda, hər yerdə çaş-baş salmasına icazə verirsiniz, sonra NATO-ya üzv olmaq üçün sizə dəstək verəcəyimizi gözləyirsiniz, belə ola bilməz, bizdən dəstək gözləməyin”.

Türkiyə lideri vurğulayıb ki, o, Stokholmdan terror təşkilatlarına qarşı mübarizədə Türkiyə qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini gözləyir.

Bu arada Türkiyədə isveç əleyhinə nümayişlər başlayıb. Stokholmdakı aksiyaya cavab olaraq nümayişçilər bu ölkənin İstanbuldakı Baş Konsulluğunda İsveç bayrağını yandırıblar.

Türkiyə ultrasağçı siyasətçi Rasmus Paludan və tərəfdarlarının Quranı açıq şəkildə yandırdığı aksiyaya İsveç hakimiyyəti tərəfindən icazə verildiyinə diqqət çəkir.

İsveç Xarici İşlər Nazirliyi bildirib ki, Quranın yandırılması ilə keçirilən aksiya, hakimiyyətin islamafobiyaya dəstək verdiyi demək deyil.

E.Axund, Oxuməni.az