Turistlər nümayişlərə görə Perudan uça bilməyirlər

Turistlər nümayişlərə görə Perudan uça bilməyirlər

24 Yanvar 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş prezident Pedro Kastilyonun istefasından və həbsindən sonra ölkəni bürüyən hökumət əleyhinə etirazların səngiməməsi səbəbindən yüzlərlə turist Perudan uça bilmir.

Oxuməni.az xəbər verir ki, əsasən Perunun yoxsul bölgələrindən olan nümayişçilər Kastilyonu dəstəkləməyə davam edir və onun varisi Dina Boluartenin istefasını tələb edirlər.

"Onlar hava limanlarını zəbt edirlər. Biz turistlər isə əziyyət çəkirik, çünki ekskursiyalara gedə bilmirik, bizim öhdəliklərimiz var və ölkəmizə qayıtmalıyıq. Hər bir şey bahalaşıb və çətinləşib", - argentinalı turist Klara Uqarte deyir.

Nümayişlərə görə hakimiyyət "Maçu Pikçunu" qeyri-müəyyən müddətə bağlamalı olub. Nümayişçilər qədim İnklərin şəhərinə aparan dəmiryol relslərini zədələyiblər və 418 turist kompleksin içərisində qalıb. Daha sonra onları Kusko bölgəsinin paytaxtına aparmağa nail olublar, lakin hava limanı da fəallar tərəfindən ələ keçirilib.

Etirazçılar artıq bir aya yaxındır ki, yolları bağlayır, hökumət binalarını yandırır və hava limanlarını ələ keçirirlər. Peru küçələrində , çoxlu sayda hərbi və zirehli texnika var. Ölkədəki etirazlar zamanı 55-dən çox insan həlak olub.