Nümayişçilər İranda həbsdə olan belçikalının azadlığa buraxılmasını tələb edirlər

Nümayişçilər İranda həbsdə olan belçikalının azadlığa buraxılmasını tələb edirlər

24 Yanvar 2023 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Brüsseldə mindən çox insan İranda keçmiş humanitar missiyanın işçisi Olivye Vandekastilə dəstək nümayişi keçirib.

Oxuməni.az xəbər verir ki. o, İran tərəfindən keçən fevral ayında həbs edilib. Casusluq, valyuta qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamı ilə 40 il həbs və 74 şallaq cəzasına məhkum edilib.

Olivyenin valideynləri də nümayişə gəliblər :"Ailəmiz üçün çox çətindir. Xoşbəxtlikdən, Olivyenin bütün dostları və ümumiyyətlə, hamı bizə hər gün kömək edir ki, biz yaşamağa davam edək", - məhbusun atası Bernard Vandekastil bildirib.

Olivyenin anası Anna Santi deyir: " Bu, əlbəttə ki, onun üçün də, bizim üçün də çox çətindir. Belə şəraitdə onun səhhətində problemlər yaranmağa başlayıb, o artıq 25 kiloqram arıqlayıb."

Hüquq müdafiəçiləri ittihamları əsassız hesab edir və bu işi qondarma “girov diplomatiyası”nın nümunəsi adlandırırlar. Onların sözlərinə görə, Tehran hökmün köməyi ilə Belçika məhkəməsi tərəfindən terrorizmdə ittiham olunaraq 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomat Əsədullah Əsədi azad etməyə çalışır.

E.Axund, Oxuməni.az