Norveçə qaçan "Vaqner" ÖHB-nin keçmiş komandiri Andrey Medvedev polis tərəfindən saxlanılıb

Norveçə qaçan "Vaqner" ÖHB-nin keçmiş komandiri Andrey Medvedev polis tərəfindən saxlanılıb

24 Yanvar 2023 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçə qaçan "Vaqner" ÖHB bölməsinin keçmiş komandiri Andrey Medvedev miqrasiya qanununa əsasən polis tərəfindən saxlanılıb.

Oxuməni.az xəbər verir ki, bunu Norveçin NRK media şirkəti immiqrasiya polisi xidmətinin hüquq departamentinin rəhbəri vəzifəsini icra edən Yon Andreas Yohansen deyib..

Yanvarın 22-də axşam saatlarında müvəkkilinin saxlanması faktını Medvedevin norveçli vəkili Brunyulf Risnes də təsdiqləyib. Onun sözlərinə görə, bu addıma səbəb eks-Vaqnerçinin ona təyin olunmuş bütün təhlükəsizlik tədbirlərinə əməl etməkdən imtina etməsi olub. NRK-nın məlumatına görə, Andrey Medvedev bir müddət Oslo yaxınlığındakı gizli ünvanda yaşayıb, daha sonra Trandumdakı deportasiya mərkəzinə köçürülüb.

Medvedev yanvarın 13-nə keçən gecə Rusiyadan Norveçə qaçıb. Norveçdən o, siyasi sığınacaq istəyib və "Vagner" ÖHB-nin sahibi Yevgeni Priqojin və muzdlu təşkilatın özünə qarşı ifadə verib.

Yanvarın 16-da Norveç İmmiqrasiya İdarəsi (UDI) Medvedevin ölkədən siyasi sığınacaq istəməsini təsdiqləyib. Elə həmin gün, yanvarın 16-da Gulagu.net portalının təsisçisi Vladimir Oseçkin “DW News Show” verilişində onun və hüquq müdafiəçilərinin Andrey Medvedevin qaçmasına necə kömək etdiyini danışıb.

Muzdluluq dövründə Medvedevin müharibə cinayətkarına çevrilə bildiyi fərziyyəsindən danışan Oseçkin daha sonra vurğulayıb ki : "Biz sivil insanlar olaraq məhkəmə və tribunalın qərarı olmadan bir insanı hərbi cinayətkar adlandıra bilmərik".

Rüfət, Oxuməni.az