Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini razılaşdırıb

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini razılaşdırıb

23 Yanvar 2023 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı ölkələrinin XİN başçıları İrana qarşı dördüncü sanksiyalar paketini razılaşdırıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə Aİədə İsveçi təmsil edən nümayəndə Tvitterdə yazıb.

"XİN başçılarının bugünkü iclasında İrana qarşı yeni sanksiyalar paketi qəbul edilib. Aİ İran hakimiyyətinin dinc etirazçılara qarşı qəddar və qeyri - mütənasib güc tətbiq etməsini ciddi şəkildə pisləyir", - deyə məlumatda qeyd olunur.

Bununla belə İsveçin Aİ nümayəndəsi kimə qarşı yeni məhdudiyyətlərin qoyulduğunu açıqlamayıb.

Yanvarın 19-da Reuters agentliyi mənbələrə istinadən bildirib ki, Avropa İttifaqı İrana aid sanksiya siyahılarına 37 mövqe daxil etməlidir.

Əziz Mustafa, Oxuməni.az