Hollandiya "Milli Lalə Günü"-nü qeyd edir

Hollandiya "Milli Lalə Günü"-nü qeyd edir

23 Yanvar 2023 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Amsterdamda "Milli Lalə Günü" qeyd olunur.

Oxuməni.az xəbər verir ki, bu, yanvarın sonundan aprelin sonuna qədər davam edən lalə mövsümünün rəsmi başlanğıcını qeyd edir.

Bayram münasibətilə Museumplein - Muzey Meydanında hər növ və çalarlarda 200 min güldən ibarət rəngarəng bağ salınıb. İstehsalçılar həmçinin İohan Vermeerin “Xanım və qulluqçu” rəsmini güllərlə canlandırıblar.

2013-cü ildən etibarən hər il yanvarın üçüncü həftəsinin şənbə günü Hollandiyada "Milli Lalə Günü" qeyd olunur. Bu gün hər kəsə təzə çiçəklər paylanılır. Adətən bayramı qeyd etmə Dam meydanında keçirilir, lakin bu dəfə o, Muzey Meydanında keçirilib.

"Tülpan xəstəliyinə" Hollandiya XVII əsrdə tutulub. Bu çiçək ölkənin faktiki simvoluna çevrilib.

E.Axund, Oxuməni.az