Almaniya Polşaya "Leopard"ları Ukraynaya tədarük etməyə icazə verdi

Almaniya Polşaya "Leopard"ları Ukraynaya tədarük etməyə icazə verdi

23 Yanvar 11:05
88
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Polşaya Alman istehsalı olan "Leopard 2" tanklarının Ukraynaya tədarükünə mane olmayacaq.

Oxuməni.az xəbər verir ki. bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Bu anda bizdən belə bir icazə istəməyiblər. Ancaq belə bir iczə istəsələr, buna etiraz etməyəcəyik" deyə Berbok bildirib

Bu günlərdə Ukraynanın qərb müttəfiqlərinin Almaniyadakı "Ramstein" bazasında keçirilən müşavirəsinin iştirakçıları Kiyevin ərazini azad etməsi üçün lazım olan "Leopard 2" tanklarının Kiyevə çatdırılması barədə qərarı razılaşdıra bilmədilər. Mənbələrə görə, əsas maneə ehtiyatla davranan Almaniya kansleri Olaf Şolzun mövqeyi idi. Bəzi mənbələrə görə, ABŞ Ukraynaya "Abrams"göndərəcəyi təqdirdə digər öılələr də analoji addımlar atmağa hazırdırlar.

Əziz Mustafa, Oxuməni.az