Toyvo Klaar İrəvana səfər edəcək

Toyvo Klaar İrəvana səfər edəcək

23 Yanvar 2023 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bu gün Ermənistana səfər edəcək.

Oxuməni.az xəbər verir ki, o, Tvitterdə müxtəlif görüşlərdə iştirak etmək məqsədilə Yerevana bir günlük səfər edəcəyini yazıb.

Klaar Avropa İttifaqının Cənubi Qafqazdakı məqsədlərinin dəyişməzliyini-Azərbaycan və Ermənistan münasibətlərinin hərtərəfli tənzimlənməsini bəyan edib. Onun sözlərinə görə, səfər çərçivəsində münasibətlərin normallaşması prosesi müzakirə olunacaq.

"İrəliləyişin yollarını araşdırmağa yönəlmiş müzakirələri gözləyirəm" dedi.

Əziz Mustafa, Oxuməni.az