Şoyqunun məşuqəsi Yelena Kaminskasın (Şebunova) həyat yoldaşı Litvaya buraxılmayıb

Şoyqunun məşuqəsi Yelena Kaminskasın (Şebunova) həyat yoldaşı Litvaya buraxılmayıb

28 Dekabr 2022 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sergey Şoyqunun qeyri-qanuni uşaqlarının anası adlandırılan Yelena Kaminskasın (Şebunova) həyat yoldaşı Litvaya buraxılmayıb

Oxuməni.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Şebunova Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qeyri-qanuni uşaqlarının anasıdır.

Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin (VSAT) sözçüsü Qiedrius Mişutis bildirib ki, Kaminskas etibarsız Litva pasportunu təqdim edib, bundan sonra o, Rusiya pasportundan istifadə edərək ölkəyə daxil olmağa cəhd edib. Mişutisin sözlərinə görə, Kaminskas İstanbuldan səfərdən geri dönürmüş.

Dekabrın 12-də Litva Daxili İşlər Nazirliyi Kaminskasın Litva vətəndaşlığının ləğv edildiyini açıqlayıb. Litva Daxili İşlər Nazirliyi yanında Miqrasiya Departamenti Kaminskasın Rusiya vətəndaşlığının olduğunu müəyyən edib. Litvada ikili vətəndaşlığa yalnız müstəsna hallarda icazə verilir. Daxili İşlər Nazirliyindən bildirilib ki, Adolfas Kaminskasın Litva pasportunun etibarlılığı “sui-istifadə hallarının qarşısını almaq və milli təhlükəsizliyi təmin etmək” məqsədilə dayandırılıb.

Rusiya vətəndaşlarının yalnız müəyyən kateqoriyalarına Avropa İttifaqının xarici sərhədindən Litvaya daxil olmağa icazə verilir. Bu qərarı sentyabrın 13-də Litva Seymi qəbul edib.

Dekabrın 9-da Şebunova Baltikyanı ölkədə yaşamaq icazəsindən məhrum edilib. Onun Litvaya beş il, Şengen zonası ölkələrinə üç il müddətinə girişi qadağan edilib.

Bir neçə il əvvəl moped satışı ilə məşğul olan kiçik biznesin sahibi Kaminskas sürətlə varlanmağa başlayıb və 20 milyon avro dəyərində aktivləri ilə Vilnüsdəki bir neçə Litvalı müəssisənin benefisiarına çevrilib. Onun qəfil zənginləşməsi dövlət müqavilələri ilə milyardlar qazanan Sergey Şoyqunun qeyri-qanuni övladlarının anası Yelena Şebunova ilə evliliyi ilə eyni vaxta təsadüf edib.

Elenanın dörd uşağından üçünün Litva vətəndaşlığı var. Litvanın milli radio və televiziyası LRT də Yelena Kaminskası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iki qeyri-qanuni övladının anası adlandırıb.

E.Axund, Oxuməni.az