Prezident hədiyyəsi: MDB liderlərinə üzüklər verildi
Sankt-Peterburqdakı qeyri-rəsmi sammitdə MDB ölkələrinin nümayəndələrinə Yeni il təbrikləri ilə bərabər qiymətli üzüklər təqdim edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenkoya yaxın "Pool Ilk" teleqram kanalı məlumat yayıb.
Lukaşenkodan əlavə doqquz lider hədiyyə aldı: Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev.
Üzüyün Mərkəzində MDB emblemi var, içəridə həcmli hərflərlə təbriklər yazılıb- "Yeni İliniz Mübarək 2023". Sammitin keçirildiyi dövlətin adı-Rusiya göstərilir. Üzük ağ və sarı qızıla bənzər materiallardan hazırlanıb.
Sankt-Peterburqda sammit dekabrın 26-da B. N. Yeltsin adına Prezident Kitabxanasında keçirilib. Siyasətçilər təxminən yeddi saat ərzində müxtəlif məsələlr barədə fikir mübadiləsi ediblər.
Əziz Mustafa, Oxuməni.az