Putin Medvedevi hərbi sənaye komissiyası sədrinin birinci müavini təyin edib
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevə yeni vəzifə həvalə edilib.
Oxuməni.az xəbər verir ki, Vladimir Putin onun üçün hərbi sənaye komissiyası sədrinin birinci müavini vəzifəsini təsis edib. Silah istehsalına və müdafiə sifarişlərinin icrasına nəzarət edən bu quruma dövlət başçısının özü rəhbərlik edir.
Fərmana əsasən, komissiya sədrinin birinci müavini sədrin iclaslarını keçirə, habelə şuralar və işçi qrupları yarada bilər.
Medvedev Təhlükəsizlik Şurasındakı vəzifəsini də qoruyub saxlayır. O, həm də Təhlükəsizlik Şurası vasitəsilə müdafiə sənayesi müəssisələrini yoxlamaqda davam edəcək.
Fuad, Oxuməni.az
Digər xəbərlər