Ukraynalılar rusların qərargahına raket zərbələri endiriblər: Onlarla yaralı var

Ukraynalılar rusların qərargahına raket zərbələri endiriblər: Onlarla yaralı var

26 Dekabr 2022 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Ukrayna hərbçiləri zabitlərin iclasının keçirildiyi Xerson vilayətindəki rusların qərargahını vurublar, 70-ə qədər rus hərbçisi yaralanıb.

Oxuməni.az xəbər verir ki, Ukrayna hərbi komandanlığının məlumatına görə, qərargah Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin zabitlərinin görüşü zamanı vuruldu. "Nəticədə 70-ə qədər hərbçi yaralanıb. Ölənlərin sayı dəqiqləşdirilir", - Ukrayna Baş Qərargahından bildiriblər.

Orada əlavə etdilər ki, Donetsk bölgəsində Ukrayna hərbçiləri Rusiyanın dörd 2C7 "Pion"özüyeriyən silahlarını məhv etdilər.

Əziz Mustafa, Oxuməni.az