Ukrayna yaxın aylarda müharibənin həlledici ola biləcəyini bildirib

Ukrayna yaxın aylarda müharibənin həlledici ola biləcəyini bildirib

22 Dekabr 2022 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya qarşı müharibəsinin növbəti 2-3 ayı həlledici ola bilər.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Amerikanın Səsi"nə müsahibəsində bildirib.

"Biz başa düşürük ki, bu gün Rusiya Federasiyasının bizi açıq döyüşdə məğlub etmək imkanları yoxdur. İndi onlar çıxılmaz vəziyyətə düşüblər və dalana dirənmiş siçovul ən təhlükəlidir. Gələn ay döyüşlər üçün çox fəal hazırlaşırıq. Çünki müharibənin taleyinin yaxın 2-3 ayda həll edilə biləcəyini yaxşı başa düşürük",- deyə Danilov vurğulayıb.

O əlavə edib ki, Rusiya müharibənin ölkəsi üçün təsirini azaltmağa çalışmaqdansa, reallığı nəzərə alsa daha yaxşı olar. Əks halda sona kimi mübarizəmizi davam etdirəcəyik.

Əziz Mustafa, Oxuməni.az