Azərbaycan Avropa İttifaqı ilə  enerji kabelinin çəkilişi üzrə saziş imzalayıb

Azərbaycan Avropa İttifaqı ilə  enerji kabelinin çəkilişi üzrə saziş imzalayıb

18 Dekabr 2022 18:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə il ərzində Rumıniyanı yaşıl enerji ilə təmin etmək üçün Qara dəniz ilə kabel çəkilməsi planlaşdırılır.

Oxuməni.az xəbər verir ki Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan liderləri Azərbaycanın yaşıl enerjisini, Xəzər dənizində planlaşdırılan külək stansiyalarından Avropaya ötürmək üçün, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi haqqında saziş imzalayıblar.

Buxarestdə yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Viktor Orban, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Rumıniyanın baş naziri Nikolae Çuka imzalayıblar. Mərasimdə Rumıniya Prezidenti Klaus İohannis və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak ediblər.

Azərbaycandan Rumıniyaya 1100 km uzunluğunda 1000 MVt gücündə kabel çəkiləcək. Macarıstanın xarici işlər naziri Péter Siyarto bildirib ki, Avropa Komissiyası dünyada ən uzun kabel xəttinin çəkilməsi üçün 2,3 milyard avro ayırıb.

Emin Axund, Oxuməni.az