Kosovonun ilk hərbi cinayətlər məhkəməsinin hökmü: keçmiş QAT komandirinə 26 il cəza

Kosovonun ilk hərbi cinayətlər məhkəməsinin hökmü: keçmiş QAT komandirinə 26 il cəza

17 Dekabr 2022 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Kosovonun ilk hərbi cinayətlər məhkəməsinin hökmü: keçmiş QAT komandirinə 26 il cəza verilib.

Oxuməni.az xəbər verir ki, məhkəmə onu 1999-cu ildə Kosovo həbs düşərgəsində mülki şəxsləri qanunsuz saxlayıb işgəncə verməkdə və məhbuslardan birini öldürməkdə təqsirli bilib. Mustafa özünü məhkəmədə heç bir ittiham üzrə təqsirli bilmədiyini bildirib və ittihamçıları "gestapo" adlandırıb. Bu, Haaqa məhkəməsinin 1998-99-cu illərdə Kosovonun müstəqilliyi uğrunda müharibə zamanı törədilmiş hərbi cinayətləri araşdırmaq üçün xüsusi yaradılmış tribunal çərçivəsində çıxardığı ilk hökmdür.

Salih Mustafa 2020-ci ilin payızından Haaqadakı istintaq təcridxanasındadır. Müstəntiqlər onu həbs edəndə o, Kosovo Müdafiə Nazirliyinin müşaviri işləyirdi.

Emin Axund, Oxuməni.az