Qref və Nabiullina Putini Ukraynaya müdaxilə etməməyə inandıra bilməyiblər

Qref və Nabiullina Putini Ukraynaya müdaxilə etməməyə inandıra bilməyiblər

16 Dekabr 2022 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya geniş miqyaslı işğalına başlamazdan bir ay əvvəl, Putinin iqtisadi məsələlərdə etibarlı şəxsləri, Rusiya Sberbankının rəhbəri Herman Gref və Mərkəzi Bankın sədri Elvira Nabiullina Qərb sanksiyalarının mümkün nəticələri barədə məlumat vermək üçün Novo-Ogarevodakı iqamətgahını ziyarət ediblər.

Oxuməni.az xəbər verir ki. bu barədə Faynenşl Tayms-Financial Times öz mənbələrinə istinadən yazıb.

Onların sözlərinə görə, Qref Putin qarşısında 39 səhifəlik təqdimatla çıxış edərək, Rusiya prezidentinə Ukrayna ətrafında gərginliyin daha da kəskinləşəcəyi təqdirdə baş verə biləcək fəlakətli nəticələr barədə xəbərdarlıq edib.

Nabiullina və bəzi digər yüksək səviyyəli Rusiya rəsmiləri Qrefin narahatlıqlarını bölüşdülər və Ukraynaya qarşı sərt sanksiyaların maliyyə bazarlarında çaxnaşmaya səbəb ola biləcəyini və Rusiya iqtisadiyyatını onilliklər geri çəkə biləcəyini xəbərdar edən bir təqdimat hazırlamağa kömək etdilər.

Bu məsələ ilə tanış olan bir neçə insanın sözlərinə görə, Qref mümkün nəticələr barədə danışarkən, Putin onun sözünü kəsb və Rusiyanın sanksiyaların ən pisinin qarşısını almaq üçün nə etməli olduğunu soruşub.

Nəşr yazır ki, Putinin xəbərdarlıqlara qulaq asmaması texnokratları şoka salıb : "Mən heç vaxt (Qref) belə pərişan görməmişəm. O Putinin cavabından sonra tamamilə şok içində idi" deyə müharibənin ilk günlərində Qrefi görən mənbə bildirib.

Əziz Mustafa, Oxuməni.az