Rusiya rəhbərliyi döyüş meydanında müharibəni"- Qirkin
Donbass separatçıları ordusunun keçmiş komandiri İqor Strelkov (Qirkin) siyasətə getmək planlarını açıqladı.
Oxuməni.az xəbər verir ki, Qirkin Rusiya rəhbərliyinin müharəbəni həm döyüş meydanında, həm də mənəvi, daxili və siyasi cəhətdən uduzduğunu deyib.
"Siyasi sahədə normal vətənpərvərlərimiz yox idi, indi də yoxdur" dedi və əlavə etdi ki, hakimiyyət ona liberallar kimi davranır, heç bir qaynaq, heç bir səlahiyyət vermir və ictimai sahədəki mövqeyini marginallaşdırır.
"Əgər hakimiyyətimiz bu müharibədə məğlub olmaq yolunu möhkəm tutubsa, deməli, yollarımız ayrılacaq. Bu o deməkdir ki, özünüzü bir yerdə siyasi sahədə axtarmaq lazımdır" dedi 52 yaşlı Qirkin.
O qeyd edib ki, 10 ay ərzində məğlubiyyətlərin ümumiyyətlə gözlənilmədiyi şəraitdə məğlub olmağı bacardıq.
Dekabrın əvvəlində Qirkin Ukrayna cəbhəsinə könüllü getmək üçün ikinci uğursuz cəhddən sonra Moskvaya qayıtdığını bildirdi.
Noyabrın 17-də Haaqa Rayon Məhkəməsi Qirkini 2014-cü ildə vurulan sərnişin "Boeing"lə bağlı günahkar bilərək, onu qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etdi.
Əziz Mustafa, Oxuməni.az