Həbs edilən Peru prezidenti Meksikadan sığınacaq istəyib

Həbs edilən Peru prezidenti Meksikadan sığınacaq istəyib

9 Dekabr 2022 16:29
60
Bəyəndim (1) Bəyənmədim (0)

Peruda hakimiyyətdən uzaqlaşdırılmış ölkə prezidenti Pedro Kastilyo Meksikadan siyasi sığınacaq istəyib.

Oxuməni.az xəbər verir ki, Meksika Xarici İşlər Nazirliyi cümə günü, dekabrın 9-da bu barədə xəbər yayıb. Meksika Xarici İşlər Nazirliyi departamentinin, Peru hakimiyyəti ilə əlaqə saxladığını qeyd edib. Mexikoda onlar Castillo-nun açıq-aşkar "ədliyyə orqanlarının siyasi xarakter daşıyan əsassız təqiblərinin" qurbanı olduğu fikrini ifadə edib.

Pedro Kastilyo dekabrın 7-də Peru parlamenti tərəfindən "mənəvi uğursuzluğa" görə prezidentlikdən uzaqlaşdırılıb və daha sonra həbs edilib. Peru Ali Məhkəməsi Kastilyonun 7 gün müddətinə istintaq təcridxanasına yerləşdirildiyini açıqlayıb.

Meksikanın Limadakı səfiri polis idarələrinin birində Pedro Kastilyo ilə əlaqə yarada bildiyini bildirib. Meksikalı diplomatın sözlərinə görə, Kastilyo özünü yaxşı hiss edir. Bundan əvvəl Meksika prezidenti Manuel Lopez Obrador Pedro Kastilonun Perunun “iqtisadi və siyasi elitasının qurbanı” olduğunu bildirib. Həm Obrador, həm də Kastilyo siyasi solçuların nümayəndələridir.

Kastilyonun prezidentlikdən uzaqlaşdırılmasından sonra onun müavini Dina Boluarte dövlət başçısı səlahiyyətlərini icra edir.

Emin Axund, Oxuməni.az