İndoneziya Bali adasında 202 nəfərin ölümünə səbəb olan partlayışın təşkilatçısını sərbəst buraxıb

İndoneziya Bali adasında 202 nəfərin ölümünə səbəb olan partlayışın təşkilatçısını sərbəst buraxıb

9 Dekabr 2022 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyada Bali adasında 202 nəfərin ölümünə səbəb olan partlayışın təşkilatçısını sərbəst buraxıb

Oxuməni.az xəbər verir ki, Umar Patekin İndoneziya həbsxanasından vaxtından əvvəl azadlığa buraxılması xəbərinə avstraliyalıların, bu faciəni yaşayanların reaksiyası çox qəzəbli olub.
Əl-Qaidə ilə əlaqəli qruplaşmanın üzvü olan Patek 2002-ci ilin oktyabrında Balidə bir bar və gecə klubunun qarşısında partlayan iki bombanın qoyulmasında əli olub. Hücum nəticəsində 88-i Avstraliya vətəndaşı olmaqla 202 nəfər həlak olub.
Patek Avstraliya hökumətinin onu azad etməməsi ilə bağlı çoxsaylı tələblərinə baxmayaraq, 20 illik cəzasının yarısından azını çəkdikdən sonra şərti azadlığa buraxılıb.
Avstraliya baş nazirinin müavini Riçard Marles, öz yaxınlarını və qohumlarını itirmiş avstraliyalılar üçün çətin gün olduğunu etiraf etib.

İndoneziya hakimiyyət orqanlarının məlumatına görə, Patek həbsxanada de-radikalizasiya proqramından keçib və tam reabilitasiya olunub. Yaxşı davranışına görə hakimiyyət onun artıq cəmiyyət üçün təhlükə yaratmadığı qənaətinə gəlib. Keçmiş terrorçunun özü bir neçə dəfə bildirib ki, özünü digər məhbuslarla işləməyə həsr etmək istəyir ki, onlar da islah yoluna çıxsınlar.
Bununla belə, Bali və Avstraliyadakı hücumların 20-ci ildönümündə toplanan Cənub-Şərqi Asiyada ən dəhşətli terror aktlarından birinin qurbanlarının və sağ qalanların yüzlərlə qohumu Patekin səmimi peşmançılığından və onun artıq heç bir təhlükət yaratmadığından qətiyyən əmin deyillər.

Emin Axund, Oxuməni.az