Yapon milyarder Yusaku Maezava Aya səyahətdə özü ilə 8 nəfər aparacaq

Yapon milyarder Yusaku Maezava Aya səyahətdə özü ilə 8 nəfər aparacaq

9 Dekabr 2022 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Yapon milyarder Yusaku Maezava Aya səyahətdə özü ilə pulsuz aparacağı səkkiz şəxsin adını açıqlayıb

Oxuməni.az xəbər verir ki, Yapon milyarder Yusaku Maezava gələn il İlon Maskın SpaceX Starship gəmisində Aya səyahətdə özü ilə pulsuz aparacağı səkkiz şəxsin adını açıqlayıb.
2021-ci ildə turist kimi Rusiyanın "Soyuz" gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçan 47 yaşlı Maezava "dearMoon" adlı layihə çərçivəsində kosmosa uçaraq Ayın orbitinə çıxmağa ümid edir. Uçuş təxminən bir həftə davam etməlidir, Yerin peykinə eniş onun proqramına daxil edilməyib.
Onlayn geyim mağazasını quran yapon iş adam Zozo 2023-cü ildə Aya gedəcək ilk Starship gəmisindəki bütün oturacaqları alıb.

Emin Axund, Oxuməni.az