Ukrayna tərəfdən vuruşan çeçenlər

Ukrayna tərəfdən vuruşan çeçenlər

9 Dekabr 2022 15:53
81
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə yüz çeçenin Ukrayna tərəfində rus qoşunlarına qarşı döyüşdüyü təxmin edilir

Oxuməni.az xəbər verir ki, onların arasında Maqa ləqəbli döyüşçü olan 29 yaşlı Maqomet də var. O, 2014-cü ildən Ukrayna tərəfdə vuruşan əsgərlərdəndir.

“Rus dünyası hara gedirsə, orada dağıntı və ölüm var, qan tökülür, Rusiyanın hara getdiyi dəyişmir, hər yerdə eynidir”, - Maqa deyir.

Əvvəlki iki çeçen müharibəsində iştirak etmək üçün hələ çox gənc idi, amma onun batalyonunun komandir müavini Müslüm Mədiyev indi üçüncü döyüşünü ruslarla aparır:

“Bu canavarlar(ruslar) sənin yanına gəlir, bizə kömək edin” deyəndə bizə heç kim kömək etmədi,silah-sursat yox, artilleriyamız yox ,dərman ,yemək heç nəyimiz yox idi. Ancaq indi HIMARS burada işləyir ”, - Müslüm gülərək deyir.

Bu çeçenlər Ukraynanın tərəfində vuruşur, amma Rusiyanın tərəfində döyüşən çeçenlər də var. Fevralın 26-da Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çeçenistan silahlı qüvvələrinin Ukraynada vuruşduqlarını elan edərək, Vladimir Putinin “düzgün qərar verdiyini” deyib.

"Bəli, çeçenlərin bizə qarşı ola biləcəyini çox yaxşı başa düşürəm" , amma bunlar rus əsgərləridir. Bunlar mənim xalqımı məhv edən eyni əsgərlərdir. Mən ruslarla çeçen satqınları arasında fərq görmürəm”- Biz son nəfəsimizə kimi onlarla döyüşəcəyik !

Emin Axund, Oxuməni.az