165 Belçikalı kənd sakini EuroMillions lotereyasında 143 milion evro udub

165 Belçikalı kənd sakini EuroMillions lotereyasında 143 milion evro udub

9 Dekabr 2022 15:48
81
Bəyəndim (0) Bəyənmədim (0)

Belçikanın kiçik kəndinin 165 sakini EuroMillions Avropa lotereyasının növbəti tirajının qalibi olub.

Oxuməni.az xəbər verir ki, lotereyanın təşkilatçıları bildiriblər ki, bir qrup belçikalı 143 milyon avrodan çox cek-potu udub ki, bu da oyunçuların hər birinin təxminən 868 min avro alması deməkdir.
Ümumilikdə, bu dəfə lotereya biletlərini 27 milyondan çox avropalı alıb.
Belçika Milli Lotereyasının sözçüsü Jock Vermoer, ölkə sakinlərinin tez-tez qruplar şəklində oynadığını, lakin qaliblərin heç vaxt bu qədər çox olmadığını söyləyib.
Qrupun bütün üzvləri Antverpen yaxınlığındakı kiçik Olmen kəndində yaşayır (əhali təxminən 3,7 min nəfərdir). Onların hər biri yerli mağazadan alınan lotereya biletləri üçün eyni məbləği ödəyib, yəni uduş hamı arasında bərabər bölünəcək.

Emin Axund, Oxuməni.az