Selin Dion ölümcül xəstə olduğunu etiraf edib

Selin Dion ölümcül xəstə olduğunu etiraf edib

9 Dekabr 2022 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Selin Dion sosial şəbəkələrin birində pərəstişkarlarına ağır xəbərlə müraciət edib, müğənninin sağalmaz “əzələ sərtliyi sindromu” olduğu aşkarlanıb.

Oxuməni.az xəbər verir ki, sənətçi spazma və ağrılardan əziyyət çəkir, ona görə də oxuya bilmir.

Bu xəstəliklə insan bədəni tədricən iflic olmağa başlayır, hər şey sərtləşir. Xəstəliyin müalicəsi yoxdur, ancaq xəstəliyin gedişatını yavaşlatmaq olar. Celine əmin edir ki, o, artıq bütün mümkün müalicələrdən istifadə edir.
Təəssüf ki, bu spazmlar gündəlik həyatımın hər sahəsinə təsir edir, bəzən yeriməyi çətinləşdirir və əvvəlki kimi oxumaq üçün səs tellərimdən istifadə etməyimə mane olur.

Müğənni 2023-cü ildə baş tutmalı olan konsertlərini ləğv edib. Həmçinin əfsanəvi “My Heart Will Go On“ ifaçısı pərəstişkarlarına, onunla işləyən həkimlər komandasına və musiqi fəaliyyətində əməyi olan hər kəsə təşəkkür edib.

Emin Axund, Oxuməni.az