Türkiyədə yunan casusu uzun müddətə həbs cəzasına məhkum edilib

Türkiyədə yunan casusu uzun müddətə həbs cəzasına məhkum edilib

9 Dekabr 2022 10:04
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyədə yunan casusu uzun müddətə həbs cəzasına məhkum edilib.

Oxuməni.az xəbər verir ki, Yunanıstan və Suriya vətəndaşı Məhəmməd Amar Ampara Qaziantep Ağır Cinayətlər Məhkəməsi tərəfindən Yunanıstanın xeyrinə “siyasi və hərbi casusluq” ittihamı ilə 12,5 il müddətinə azadlıqdan məhrum edilib.Istintaqın məlumatına görə, həbs olunan Ampara iyunun 26-da Türkiyənin Türkiyə-Suriya sərhəddində və Mersin limanında fəaliyyəti, həmçinin «Islam dövləti» və gülenistlərlə bağlı şəxslər haqqında məlumat toplayıb.

Məhkəmənin qərarında bildirilir ki, Ampara Türkiyə ilə sərhəddə təhlükəsizlik qüvvələri, patrulların sayı, kameraların və işıqlandırmanın mövcudluğu, həmçinin detektor itlərin axtarışında istifadəsi barədə məlumat verib.

Əziz Mustafa, Oxuməni.az