ABŞ HIMARS-I "NATO-nun şərq cinahlarını möhkəmləndirmək üçü Estoniyaya verəcək

ABŞ HIMARS-I "NATO-nun şərq cinahlarını möhkəmləndirmək üçü Estoniyaya verəcək

9 Dekabr 2022 12:35
51
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ HIMARS-I "NATO-nun şərq cinahlarında çəkindirmək"üçün Estoniyaya verəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.

Məsələ ilə bağlı Estoniyanın Müdafiə naziri Hanno Pevkur hesab edir ki, bu addım ABŞ-ın Baltikyanı ölkələrin təhlükəsizliyinə uzunmüddətli bağlılığını göstərir.

ABŞ yaxın həftələrdə Estoniyaya HIMARS reaktiv yaylım atəşi sistemləri ilə bağlı hərbi mütəxəssislər və piyada rotası göndərəcək.

Estoniya Müdafiə Nazirliyindən verilən məlumata görə, lazımi avadanlıq və idarəetmə sistemləri də təhvil veriləcək.

Estoniyanın Müdafiə naziri hanno Pevkur hesab edir ki, bu addım ABŞ-ın Baltikyanı ölkələrin təhlükəsizliyinə uzunmüddətli bağlılığını göstərir. Onun sözlərinə görə, bu da Şimali Atlantika Alyansının müdafiə mövqeyini gücləndirir.

Pevkur vurğulayıb ki, Estoniya dövlətin sabit müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün bütün lazımi addımları atır.

"Bizim HIMARS sistemlərimiz 2025 - ci ilə qədər gələcək, buna görə də ABŞ bölmələrində əsas bacarıq və biliklərə daha erkən yiyələnmək o deməkdir ki, sistemlə tanış olmaq daha hamar olacaq və bu, bizim üçün zamanla kritik bir qələbədir" dedi Estoniya müdafiə naziri.

ABŞ-ın Estoniya ilə birgə hərbi təlimlərdə iştirak edəcəyi gözlənilir.

HIMARS yaylım atəşi raket sistemlərinin batareyasının və bir qrup piyadanın Estoniyaya göndərilməsi ABŞ-ın Tallindəki səfirliyində də təsdiqləndi.

Səfirliyin bəyanatında deyilir:" ABŞ qüvvələrinin Estoniyada demək olar ki, daimi yerləşdirilməsi NATO - nun şərq cinahlarında kollektiv müdafiəmizi və çəkindirici qüvvələrimizi birgə gücləndirmək öhdəliyimizin bir hissəsidir".

Əziz Mustafa, Oxuməni.az