"Tanrıya qarşı müharibəyə" görə ölüm cəzası

"Tanrıya qarşı müharibəyə" görə ölüm cəzası

8 Dekabr 2022 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

İran rejimi hökumət əleyhinə nümayişlərin iştirakçısına qarşı ilk ölüm hökmünü icra edib . Bu Möhsün Şekari olub.

Oxuməni.az xəbər verir ki, onu asaraq ölüm hökmünü icra ediblərç bununla bağlı rejimin ədliyyə orqanı xəbər yayıb.

Şəkəri təhlükəsizlik qüvvələrinin üzvlərinə silahlı basqın etməkdə və Tehranda nəqliyyat yolunun bağlanmasında günahlandırılıb. Bu iddia edilən cinayətlər "moharebeh" kimi təsnif edilib , yəni "Allaha qarşı müharibə".

Noyabrın 1-də ölüm hökmü çıxarılıb, apellyasiya şikayəti İslam Respublikasının Ali Məhkəməsi tərəfindən rədd edilib.

Osloda yerləşən İran İnsan Haqları QHT-nin direktoru “şou-məhkəmə”ni pisləyib və beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə çağırıb.

Amnesty International-ın məlumatına görə, daha 28 saxlanılan nümayişçini ölüm cəzası gözləyir.

Emin Axund, Oxuməni.az