İlon Mask sosial şəbəkənin ofisini  otelə çevirib və orada yaşayır

İlon Mask sosial şəbəkənin ofisini  otelə çevirib və orada yaşayır

8 Dekabr 2022 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

İlon Mask sosial şəbəkənin ofisini ( Twitter otel ) işçilər üçün otelə çevirib və o,özüdə orada yaşayır

Twitter-in San Fransiskodakı qərargahının işçilərin yataq otağına çevrilən fotoşəkilləri. Tikinti qaydalarını pozduğu üçün , bu artıq şəhər meriyası tərəfindən araşdırılır.
Oxuməni.az xəbər verir ki, noyabr ayında Mask şirkətin əməkdaşlarına e-poçt göndərərək, uğur qazanmaq üçün "özlərini son dərəcə işguzar işçilər kimi sübut etməli olduqlarını" söyləyib . O, həmçinin bildirib ki, heyyətdən “çox saatlarla çox intensiv işləmək” tələb olunur. "Yalnız müstəsna dərəcədə məhsuldar iş sizə keçid balını toplamağa imkan verəcək" deyə Mask göndərdiyi məktubda yazmışdır.
Əldə etdiyimiz fotolardan birində iki nəfərlik çarpayılı otaq, onun yanında ev başmaqları, otaqda qarderob da quraşdırılıb. Digər şeylər arasında, ofis divanlarının çarpayı kimi istifadə edilməsinin şəkilləri, İclas otaqlarından birində zəngli saatın şəkli görünür.

Keçmiş Twitter işçilərindən biri deyir ki, "Bu, otel otağına bənzəyir". Bu şəxs əlavə edib ki, Maskın özü də tez-tez şirkətin ofisində yatır.

Qərar şəxsən İlon Mask tərəfindən verilib . Mask daha əvvəl Twitter-də "təşkilat normal işləməyə başlayana qədər" ofisdə işləyəcəyinə və orada yatmağa söz verdiyini yazmışdı. Lakin sonradan bu tvit silinib.

Emin Axund, Oxuməni.az