Prezident Pedro Kastilo həbs edilib

Prezident Pedro Kastilo həbs edilib

8 Dekabr 2022 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı kimi and içib.

Oxuməni.az xəbər verir ki, bundan əvvəl Konqresin deputatları prezident Pedro Kastilonun impiçmentini elan ediblər, o da öz növbəsində parlamentin buraxıldığını bəyan edib. Deputatlar Kastilonun dövlət başçısının vəzifələrini yerinə yetirə bilməməsinə görə impiçment elan edilməsinə çağırıblar. İmpiçment təklifinin əsaslandırılmasında prezidentin hərəkətlərində “korrupsiya əlamətlərinin” olduğu bildirilir. Ordu və polis Konqresi dəstəkləyir.

Yerli mətbuatın məlumatına görə, Kastilo saxlanılıb.

Emin Axund, Oxuməni.az