Elon Mask bir saat ərzində Forbes reytinqində iki dəfə liderliyini itirib

Elon Mask bir saat ərzində Forbes reytinqində iki dəfə liderliyini itirib

8 Dekabr 2022 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Elon Mask bir saat ərzində Forbes reytinqində iki dəfə liderliyini itirib.

Oxuməni.az xəbər verir ki, Tesla və SpaceX-in qurucusu, bu yaxınlarda Twitter sosial şəbəkəsinin sahibi Elon Mask Forbes-in ən varlı adamları siyahısında birinci yeri iki dəfə itirib.

Çərşənbə günü saat 15:30-16:30 GMT arasında olan bir saat ərzində Maskın sərvəti $185,1-185,8 mil/dollar , Fransanın "LVMH"qrupunun prezidenti Bernard Arnonun sərvətinin dəyəri isə 185,3-185,7 mil/dollar arasında dəyişib, bu müddət ərzində Arno iki dəfə birinci yerə yüksəlib.

Mask ilk dəfə Forbes milyarderlər siyahısında 2021-ci ilin yazında birinci olub, sərvəti 171 milyard dollar olaraq qiymətləndirilən Amazon-un qurucusu Jeff Bezos-u yerindən tərpətdikdən sonra, Mask-ın sərvəti 219 milyard dollara çatanda o yenidən birinci olub. Həmin vaxt fransız iş adamı Bernard Arno üçüncü yerdə idi. O, ilk dəfə üçüncü yeri 2020-ci ildə tutub . O vaxtdan bəri, Forbes-in məlumatına görə, Arno ailəsinin sərvəti iki dəfədən çox , 76 milyard dollardan 158 milyard dollara yüksəlib.

Emin Axund, Oxuməni.az